...

ABŞ Azərbaycanda gənc fəalların həbsindən narahatdır

Cəmiyyət Materials 24 İyul 2009 17:07 (UTC +04:00)
"Bizdə olan məlumata görə, gənc fəallar döyülüb və sonra həbs olunaraq saxlanılıblar, onlara hücum edənlər isə açıqcasına sərbəst buraxılıblar. Biz həmçinin etibarlı məlumatlara əsaslanaraq, polisin ilkin olaraq həbs olunan gənclərin öz vəkilləri ilə görüşmələrinə icazə verməmələrindən və onların, ola bilsin ki, tibbi yardima eytiyaclarının olmasından narahatıq", - cümə günü ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda bildirilib.
ABŞ Azərbaycanda gənc fəalların həbsindən narahatdır

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir C.Babayeva /

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın QHT rəhbərləri Emin Milli və Adnan Hacızadənin həbs olunmasından və saxlanmasından narahatdır.

"Bizdə olan məlumata görə, gənc fəallar döyülüb və sonra həbs olunaraq saxlanılıblar, onlara hücum edənlər isə açıqcasına sərbəst buraxılıblar. Biz həmçinin etibarlı məlumatlara əsaslanaraq, polisin ilkin olaraq həbs olunan gənclərin öz vəkilləri ilə görüşmələrinə icazə verməmələrindən və onların, ola bilsin ki, tibbi yardima eytiyaclarının olmasından narahatıq", - cümə günü ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

Səfirlik Azərbaycan Hökumətini gənc fəalları həbsdən azad etməyə çağırıb. "Biz Azərbaycan Hökumətindən gənc fəallara müvafiq hüquqi yardım və tibbi xidmət göstərilməsini təmin etməyi və düzgün hüquqi proseduru tətbiq etməyi xahiş edirik", - bəyanatda deyilir.

Trend -un arayışı: Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi məlumatına görə, içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər "Lebonese" restoran-barında iyulun 9-da, saat 18.00 radələrində ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq (221.2.1) maddəsi ilə cinayət işi başlanıb və iyulun 10-da Adnan Hacızadə və Emin Abdullayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Bakı Apellyasiya Məhkəməsində bu həftə keçirilən prosesdə Emin Milli və Adnan Hacızadə barəsində Səbail Rayon məhkəməsinin seçdiyi həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə dəyişdirilməsi barədə şikayət təmin olunmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti