...

Azərbaycan paytaxtında dələduzluqda təqsirləndirilən İran vətəndaşının cinayət işi üzrə apellyasiya şikayətinə baxılıb

Cəmiyyət Materials 29 İyul 2009 10:58 (UTC +04:00)
Trend News-un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs çıxış edib. O, bildirib ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə işi düzgün araşdırılmayıb. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin hakimləri Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü ləğv edib və cinayət işini yenidən baxılması üçün birinci məhkəmə instansiyasına göndəriblər.
Azərbaycan paytaxtında dələduzluqda təqsirləndirilən İran vətəndaşının cinayət işi üzrə apellyasiya şikayətinə baxılıb

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir H.Bağırov /

Azərbaycan paytaxtında dələduzluqda təqsirləndirilən İran vətəndaşı Roohihir Möhsenin cinayət işi üzrə apellyasiya şikayətinə baxılıb.

Trend -un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs çıxış edib. O, bildirib ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə işi düzgün araşdırılmayıb. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin hakimləri Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü ləğv edib və cinayət işini yenidən baxılması üçün birinci məhkəmə instansiyasına göndəriblər.

İttihama görə, R.Möhsen Bakı şəhər sakinlərini, o cümlədən "Binə" Ticarət Mərkəzində bir neçə nəfəri aldadaraq onların etibarını qazanmaqla dələduzluq edib. İran vətəndaşı "Binə" Ticarət Mərkəzinin 10-dan çox işçisinin bir milyon manat pulunu mənimsəyib. Onlardan pul alaraq İranda istehsal olunan saxsı qablar gətirəcəyinə söz versə də, vədinə əməl etməyib.

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə (178.3.2) maddəsi ilə ittiham olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edilmişdi.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti