...

Azərbaycanda qəbul imtahanlarının göstəriciləri ideal deyil - Dövlət Komissiyası

Cəmiyyət Materials 31 İyul 2009 13:22 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il keçirilən qəbul imtahanlarının göstəricilərini ideal hesab etmir. "Bu ilin qəbul imtahanlarında abituriyentlərin 31,5 faizi 0-100 bal, 22,6 faizi 100-200 bal, 18,2 faizi 200-300, 21,2 faizi 300-500, 6,4 faizi 500-700 bal toplayıb. Abituriyentlərin 5-10 faizi 0-100 bal topladığı halda göstəricilər ideal hesab oluna bilərdi", - cümə günü jurnalistlərə TQDK-nın sədri Məleykə Abbaszadə bildirib.
Azərbaycanda qəbul imtahanlarının göstəriciləri ideal deyil - Dövlət Komissiyası

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir C.Babayeva /

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il keçirilən qəbul imtahanlarının göstəricilərini ideal hesab etmir.

"Bu ilin qəbul imtahanlarında abituriyentlərin 31,5 faizi 0-100 bal, 22,6 faizi 100-200 bal, 18,2 faizi 200-300, 21,2 faizi 300-500, 6,4 faizi 500-700 bal toplayıb. Abituriyentlərin 5-10 faizi 0-100 bal topladığı halda göstəricilər ideal hesab oluna bilərdi", - cümə günü jurnalistlərə TQDK-nın sədri Məleykə Abbaszadə bildirib.

Bu il Azərbaycanda keçirilən qəbul itahanlarında 114 mindən çox abituriyent iştirak edib, onların 66621-i bu ilin məzunlarıdır. 

Abbaszadə bildirib ki, bu ilin məzunlarının orta balı 180 bal təşkil edib. "Dövlət Komissiyası bu göstəricini qiymətləndirə bilməz, belə ki, Azərbaycanın orta məktəblərini 120 min şagird bitirib, onların yalnız yarısı ali məktəblərə sənəd verib", - TQDK-nın sədri bildirib.

Onun sözlərinə əsasən, Dövlət Komissiyası Təhsil Nazirliyi ilə birlikdə buraxılış və qəbul imtahanlarının geniş statistik analizini aparacaq. "Analizlərin nəticələri oktyabr-noyabr aylarından tez olmayaraq məlum olacaq", - deyə Abbaszadə bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: : [email protected]

Xəbər lenti

Xəbər lenti