...

Azərbaycan–Finlandiya oyununu idarə edəcək hakimlər briqadası Kiprdəndir

Cəmiyyət Materials 5 Avqust 2009 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir F.Hüseynli /

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Lənkəran şəhər stadionunda keçiriləcək Azərbaycan-Finlandiya oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından çərşənbə günü Trend -a bildiriblər ki, hakimlər briqadası Kiprdəndir.

Baş hakim Stelios Trifonos, onun köməkçiləri Atinodoros İoannu, Andreas Papapanayito və dördüncü hakim Panikos Kailisdir.

Hakim-inspektor Oğuz Sarvan Türkiyədən, komissar Rudi Zavrli isə Sloveniyadandır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti