Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanda ekstremal idman növlərinin inkişaf etdirilməsi planlaşdırılır.
"Ekstremal idman növlərini inkişaf etdirmək çox çətindir. Azərbaycanın Hava və Ekstremal İdman Növləri Federasiyası yeni paraşüt, paraplan və deltaplanlar alıb. İdmançıların öyrədilməsi üçün xarici ekspertlərin dəvət olunması planlaşdırılır", - cümə günü mətbuat-konfransında Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti, ekologiya və təbii resurslar naziri Hüseyn Bağırov bildirib.
Nazir bildirib ki, Bakı-Sumqayıt yolunda Federasiyanın bazası tikilir.
"Sahildə də idmanın sualtı növlərinin inkişafı üçün bazaların inşası planlaşdırılır", - Bağırov qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]