Təhlükəsizlik Şurasında hər iki ildən bir yerlərin rotasiyası üzrə Ərəb Dövlətləri Liqasının üzvləri arasında bağlanmış müqaviləyə əsasən, Livan BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyə namizəddir, Birləşmiş Əmirliklərin WAM agentliyinin məlumatına görə, ölkənin xarici işlər və emiqrantlarla iş üzrə naziri Fauzi Salux belə deyib.
Ərəb Dövlətləri Liqasının Livanın namizədliyini dəstəklədiyini deyən Salux onun müvəffəqiyyətinə ümid bəslədiklərini bildirib.
Sentyabrda keçiriləcək Baş Assambleyanın 64-cü sessiyasında Livanın iki illiyə qeyri-daimi üzv seçiləcəyi gözlənilir.
Hazırda BMT Təhlükəsizlik Şurasında ərəb dövlətlərinin maraqlarını qeyri-daimi üzv olan Əlcəzair təmsil edir.
Livan-BMT əlaqələri 2006-cı ildə İsrail və Livan partiyası "Hizbullah" arasında müharibədən sonra ölkənin cənubunda UNİFİL sülhməramlı qüvvələrinin yerləşdirilməsindən sonra yaxınlaşıb.