...

İran Parlamenti sabah yeni Nazirlər Kabinetinin müzakirəsinə başlayacaq

Cəmiyyət Materials 29 Avqust 2009 12:11 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad, namizədliyini irəli sürdüyü şəxslərlə birgə sabah Nazirlər Kabinetinin tərkibinin Parlamentdə keçirilən müzakirələrində və səsvermədə iştirak edəcək.Bu barədə İranın Fars agentliyi xəbər verir.

İran Parlamentinin daxili nizamnaməsinə əsasən, yeni Nazirlər Kabinetinin tərkibinin prezident tərəfindən irəli sürülməsindən bir həftə sonra Parlament namizədlərlə birgə onların proqramı ilə tanış olmaq və səsvermə keçirilməsi məqsədilə iclas keçirməlidir.

İclas səhər və axşam sesissiyalarında keçiriləcək. Səhər sessiyası zamanı prezident yeni hakimiyyətin proqramını elan edəcək və yeni Nazirlər Kabinetini dəstəkləyəcək.

İkinci sessiya prosesində Parlament hakimiyətin yeni proqramını və Nazirlər Kabinetinin tərkibini müzakirə edəcək, bundan başqa Parlamentin beş nümayəndəsi namizədlərin lehinə və ya əleyhinə çıxış edəcək.

Əhmədinejad avqustun 19-da İran Parlamentinin sədri Əli Laricaniyə məktubla müraciət edərək, Parlamentdə baxılması üçün yeni Nazirlər Kabinetinin tərkibini təqdim edib.

Xəbər lenti

Xəbər lenti