...

Azərbaycanda orta ixtisas məktəblərinə qəbul imtahanının nəticələri açıqlandı

Cəmiyyət Materials 31 Avqust 2009 21:57 (UTC +04:00)
Azərbaycanda orta ixtisas məktəblərinə qəbul imtahanının nəticələri açıqlandı

Azərbaycan, Bakı, 31 avqust / Trend , A.Axundov/

9 illik (əsas) təhsil bazasından Azərbaycan Respublikası orta ixtisas məktəblərinə test imtahanının nəticəsinə əsasən, avqustun 30-da imtahanda iştirak edən 26062 nəfərdən 8979 qəbul olub.

İmtahanın nəticələri avqustun 31-də saat 18:30-dan etibarən TQDK-nın internet səhifəsində (www.tqdk.gov.az) yerləşdirilib. Bu barədə Trend -a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib.

Orta ixtisas məktəblərinə cari ildə ayrılan 9516 plan yerinə 26408 abituriyent sənəd vermişdi.

Xəbər lenti

Xəbər lenti