BMT İsraildən Qəzza sektorunun mühasirəsini zəiflətməyi tələb edir

Cəmiyyət Materials 4 Sentyabr 2009 19:36 (UTC +04:00)

BMT və Beynəlxal Humanitar Təşkilat İsraildən dağıdılmış kanalizasiya və su təchizatı sisteminin bərpası və yüklərin çatdırılması üçün təcili olaraq Qəzza sektorunun mühasirəsini zəiflətməyi tələb edib. Bu barədə Moldpress agentliyi bildirir.

Beynəlxalq strukturlar yalnız Qəzza sektorunda deyil, İsraildə də su və antisanitariya ilə vəziyyətin pisləşməsindən narahatdır.

Aralıq dənizinə gündəlik 50-80 milyon litr çirkab axıdılır, çünki kanalizasiya, eləcə də suyun verilməsi və təmizlənməsi sistemi dağıdılıb.

BMT-nin humanitar fəaliyyət əlaqələndiricisi Maksvel Qeylard hesab edir ki, bu problemin həlli üçün İsrail hökuməti ilə tam əməkdaşlıq lazımdır.

Qəzzada humanitar vəziyyət ötən il dekabrın sonunda İsrailin son hücumlarındam sonra pisləşib. O zaman bütün adminstrativ vahidlər, o cümlədən humanitar yardım məntəqələri və infrastruktur sistemi dağıdılmışdı.

Xəbər lenti

Xəbər lenti