Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir T.Cəfərov /
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qəbirüstü heykəllərin ucaldılmasının əleyhinə çıxıb.
"Şəriətə görə, qəbirlərin üstündə heykəllər ucaldılmamalıdır" Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Paşazadə deyib.
Son dövrlər Azərbaycanda qəbirlərin üstündə heykəllərin ucaldılması halları çoxalıb. Həmçinin yas mərasimləri dəbdəbəli keçirilir.
QMİ sədri hesab edir ki, yas mərasimlərinin dəbdəbəli keçirilməsinin qarşısını almaq üçün tək dindarlar deyil, ictimaiyyət də mübarizə aparmalıdır.
"Bunun üçün maarifləndirmə işi gücləndirilməlidir", - Paşazadə əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]