...

Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinə Özbəkistan Prezidentinin hədiyyəsi təqdim olunub

Cəmiyyət Materials 15 Sentyabr 2009 14:38 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadənin 60 illik yubileyi münasibətilə Özbəkistan Prezidenti İslam Kərimovun hədiyyəsi təqdim olunub.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinə Özbəkistan Prezidentinin hədiyyəsi təqdim olunub

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir T.Cəfərov /

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadənin 60 illik yubileyi münasibətilə Özbəkistan Prezidenti İslam Kərimovun hədiyyəsi təqdim olunub.

Paşazadayə hədiyyəni təqdim edən Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev Prezident İslam Kərimovun QMİ sədrinə ünvanladığı təbrik məktubunu oxuyub. Səfir bildirib ki, Özbətkistan və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsində QMİ rəhbərinin böyük rolu olub.

Trend -un arayışı: Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Paşazadənin avqustun 26-da 60 yaşı tamam olub. Azərbaycan Prezidenti İlham Əliyev Paşazadəni "Şərəf" ordeni ilə təltif edib.

Səfir Paşazadənin cəmiyyətdə mərhəmət və dini dözümlülük, təriqətlər və millətlərarası dialoqun genişlənməsində göstərdiyi fəaliyyətini xüsusi olaraq qeyd edib.

Sonra Özbəkistan Prezidentinin hədiyyəsi Paşazadəyə təqdim olunub. Hədiyyə Səmərqənd şəhərində Registan meydanının qızıldan olan maketidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti