Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir H.Bağırov /
Bakı Apellyasiya Məhkəməsinin qəsdən adamöldürməyə cəhddə təqsirli bilinən əməkdaşının məhkəməsi başa çatıb.
Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas katibi Siyasət Sultanova 3 il azadlıqdan məhrumetmə cəzası verilib.
Məhkəmənin hökmü ilə onun əməli Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma (126.1) maddəsi ilə tövsif edilib. İstintaq zamanı Sultanovun əməli Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) maddəsi ilə tövsif olunub.
Bu il yanvarın 28-də saat 10.00 radələrində Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas katibi Sultanov şəxsi münaqişə zəminində Ali Məhkəmənin iclas katibi Azər Fərəcovu bıçaqlayıb.
Məhkəmədə ifadə verən Sultanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və hadisəni qəsdən törətmədiyini qeyd edib.
Fərəcov baş verənlərlə bağlı şikayətçi olmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]