...

Bütün Qafqazın şeyxi Tacikistana səfər edəcək

Cəmiyyət Materials 2 Oktyabr 2009 12:51 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən cümə günü Trend News-a verilən məlumata görə, oktyabrın 4-də başlanacaq səfərin məqsədi 5-6 oktyabrda Düşənbədə keçiriləcək "Əbu Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu" mövzusunda Beynəlxalq Simpoziumda iştirak etməkdir.
Bütün Qafqazın şeyxi Tacikistana səfər edəcək

Azərbaycan, Bakı,2 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür PaşazadəTacikistana səfər edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, oktyabrın 4-də başlanacaq səfərin məqsədi 5-6 oktyabrda Düşənbədə keçiriləcək "Əbu Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu" mövzusunda Beynəlxalq Simpoziumda iştirak etməkdir.

Səfər 2009-cu ili "İmam Əbu Hənifə ili" elan etmiş Tacikstan dövlətinin rəsmi dəvəti əsasında həyata keçirilir. İmam-Əzəminin 1310 illiyinə həsr olunmuş simpozium Tacikstan Prezidenti İmaməli Rəhmonun himayəsi, Tacikstan hökuməti və Elmlər Akademiyasının təşkilatçılığı ilə baş tutur.

Əbu Hənifə irsinin müasir dünyada aktual olan sivilizasiyalararası dialoq prosesinə verə biləcəyi töhfələr, Hənəfilik təliminin tolarent mahiyyəti, fəlsəfi-etik aspektləri, müsəlman hüququnun formalaşmasındakı rolu barədə müzakirələrin aparılacağı beynəlxalq tədbirdə QMİ sədri Paşazadə məruzə ilə çıxış edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti