...

Azərbaycanda qanunsuz olması aşkarlanan 99 əcnəbi vətəndaş departasiya olunub - Dövlət Miqrasiya Xidmətinin rəisi

Cəmiyyət Materials 7 Oktyabr 2009 12:41 (UTC +04:00)
"Bu ilin 9 ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədə qanunsuz olması aşkarlanan 99 əcnəbi vətəndaş departasiya olunub. Azərbaycanda Çindən gələn vətəndaşların sayında böyük artım yoxdur. İlin əvvəıindən bu fərq 200 nəfər təşkil edib", - Trend News-un məlumatına görə, bunu jurnalistlərə xidmətin rəhbəri Arzu Rəhimov bildirib.
Azərbaycanda qanunsuz olması aşkarlanan 99 əcnəbi vətəndaş departasiya olunub - Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan, Bakı, 7 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycana immiqrasiya edən şəxslərin sayı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən daima nəzarətdədir.

"Bu ilin 9 ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədə qanunsuz olması aşkarlanan 99 əcnəbi vətəndaş departasiya olunub. Azərbaycanda Çindən gələn vətəndaşların sayında böyük artım yoxdur. İlin əvvəıindən bu fərq 200 nəfər təşkil edib" Trend -un məlumatına görə, bunu jurnalistlərə xidmətin rəhbəri Arzu Rəhimov bildirib.

Rəhimov deyib ki, Azərbaycana əsasən Rusiya və Gürcüstandan immiqrasiya olunur və oradan gələnlər əsasən azərbaycanlılardır.

"Rusiya və Gürcüstandan əlavə Azərbaycana İran, Türkiyə, Böyük Britaniya, Almaniya və Orta Asiya vətəndaşları immiqrasiya edir", -
Rəhimov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti