...

İrandan Azərbaycana narkotik gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Cəmiyyət Materials 7 Oktyabr 2009 16:06 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Şakir Vəliyev 14 il, Zeynal Qəmbərov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
İrandan Azərbaycana narkotik gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana narkotik gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Şakir Vəliyev 14 il, Zeynal Qəmbərov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər bu ilin iyunun 3-də İrandan Azərbaycana 4 kiloqram narkotik vasitəni keçirərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində tutulublar.

Onlar Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318) maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti