...

Azərbaycanın futbol üzrə yığması FİFA-nın reytinqində 14 pillə irəliləyib

Cəmiyyət Materials 16 Oktyabr 2009 13:37 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların oktyabr üçün reytinq cədvəlini açıqlayıb.
Azərbaycanın futbol üzrə yığması FİFA-nın reytinqində 14 pillə irəliləyib

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir F.Hüseynli/

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların oktyabr üçün reytinq cədvəlini açıqlayıb.

Trend -un məlumatına görə, ötən ayla müqayisədə böyük irəliləyiş edən Azərbaycan yığması 14 pillə yüksəlib.

Hesabında 213 xal olan komandamız indi 125-ci pillədədir. Almaniyalı mütəxəssis Berti Foqtsun çalışdırdığı yığmamız reytinq hesablanan müddətdə keçirdiyi hər iki oyunda uduzmayaraq, 4 xal toplayıb.

Bu, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Lixtenşteynlə səfər (2:0), bundan 4 gün sonra Rusiya ilə ev oyunudur (1:1).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti