...

"Donuz qripi" İranın İsfahan əyalətində 370 məktəbin bağlanmasına səbəb olub

Cəmiyyət Materials 30 Oktyabr 2009 10:36 (UTC +04:00)
İranın İsfahan əyalətində "donuz qripi"nin yayılmasına qarşı profilaktik tədbirlər çərçivəsində 370 məktəbdə dərslər dayandırılıb.
"Donuz qripi" İranın İsfahan əyalətində 370 məktəbin bağlanmasına səbəb olub

İranın İsfahan əyalətində "donuz qripi"nin yayılmasına qarşı profilaktik tədbirlər çərçivəsində 370 məktəbdə dərslər dayandırılıb. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, indiyədək bu əyalətdə 70 şagird bu virusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilirb. Məlumatda həmçinin bildirilir ki, Kaşan şəhərində də 50 şagirddə bu virusun a.kar edilməsindən sonra 250 məktəb bağlanılıb.

A/H1N1 virusu 28 İran vətəndaşının həyatına son qoyub, ölkədə bu virusa yoluxanların sayı 1638 nəfərə çatıb. Bu haqda İran Səhiyyə Nazirliyi yanında infeksion xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya məlumat verib.

O əlavə edib ki, zərər çəkmişlər 7-24 yaş arasındadırlar.

Əvvəlcə İran hökuməti A/H1N1 virusunun yayılmasının qarşısının alınması məqsədilə müqəddəs Ramazan ayında "Ümrə"ni (kiçik Həcc ziyarəti ) ləğv etdi.

İranda "donuz qripi"nə ilk yoluxma halı iyunun 14-də qeydə alınıb. Virus Tehrana gələn İran əsilli 16 yaşlı amerikalı yeniyetmədə aşkar edilib.

Xəbər lenti

Xəbər lenti