...

Azərbaycanda yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr arasında Respublika turniri keçirilir

Cəmiyyət Materials 31 Oktyabr 2009 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın Masallı rayonu Olimpiya İdman Kompleksində əməkdar məşqçi, idman ustası Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr (1996-1997-ci illər) arasında Respublika turniri keçirilir.

Güləş Federasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aysel Osmanlı şənbə günü Trend -a bildirib ki, turnirin keçirilməsində məqsəd əməkdar məşqçinin xatirəsini yad etmək, yeniyetmələri vətənpərvər ruhunda tərbiyə etmək və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaqdır.

FİLA-nın mövcud qaydalarına əsasən keçirilən turnirdə 32, 35, 38, 42, 47, 53, 59, 66, 73 və 85 kq çəki dərəcələri üzrə (hər çəki dərəcəsindən 1 (bir) idmançı) 17 komandanı təmsil edən 142 idmançı iştirak edir.

Yarışlarda müvafiq çəki dərəcələri üzrə fəxri kürsüyə yüksələn idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom və medallarla mükafatlandırılacaqlar.

Turnir Azərbaycan Güləş Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilir. Dunən başlayan turnir sabah başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti