...

Heydər Əliyev Fondu rumıniyalı gənclərin Azərbaycana səfərini təşkil edib

Cəmiyyət Materials 13 Noyabr 2009 12:41 (UTC +04:00)
Heydər Əliyev Fondu, Fondun Rumıniyadakı nümayəndəliyi və Buxarest şəhərinin ikinci sektorunun dəstəyi ilə noyabrın 2-dən 9-dək Buxarest şəhərinin yeniyetmə gənclərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Heydər Əliyev Fondu rumıniyalı gənclərin Azərbaycana səfərini təşkil edib

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir M.Əliyev /

Heydər Əliyev Fondu, Fondun Rumıniyadakı nümayəndəliyi və Buxarest şəhərinin ikinci sektorunun dəstəyi ilə noyabrın 2-dən 9-dək Buxarest şəhərinin yeniyetmə gənclərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Rumıniya gənclərinin Azərbaycan ilə yaxından tanış olması məqsədilə zəngin proqram hazırlanıb, bu barədə Trend New-a Heydər Əliyev Fondundan bildirilib.

Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından tanış olub, Nizami rayonundakı 1 saylı uşaq evində həmyaşıdları ilə görüşüblər.

İçəri Şəhərin tarixi və memarlıq abidələri ,Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksi, Qobustan Tarixi Bədii Qoruğu və Müasir İncəsənət Muzeyi ilə yaxından tanışlıq buxarestli yeniyetmələrdə xoş təəssürat yaradıb.

Azərbaycanla tanışlıq çərçivəsində Şamaxı, Qəbələ, Şəki və Ağsuya səfər edən qonaqlar Şamaxı Astrofizika Rəsədxanasında, Şəkidəki Xan Sarayında, Kiş kəndində yerləşən Alban kilsəsində olub, regionlarda Azərbaycanın milli mətbəxi ilə daha yaxından tanış olublar.

Zəngin səfər təəssüratı ilə Azərbaycandan yola düşən rumıniyalı gənclərlə bərabər ölkəmizi təmsil edən bir qrup gənc də Buxarestə yola düşüb. Hazırda onların Rumıniyaya səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti