...

Azərbaycanın Sumqayıt şəhərində "Şəhərim mənim – fəxrim mənim" mövzusunda müsabiqənin final mərhələsi keçirilib

Cəmiyyət Materials 14 Noyabr 2009 11:16 (UTC +04:00)
Sumqayıt Şəhər İcra Hakimiyyətindən şənbə günü Trend News-a verilən məlumata görə, şəhərin 60 illik yubiley tədbirləri çərçivəsində şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş müsabiqə şəhər orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında keçirilib.
Azərbaycanın Sumqayıt şəhərində "Şəhərim mənim – fəxrim mənim" mövzusunda müsabiqənin final mərhələsi keçirilib

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərində "Şəhərim mənim - fəxrim mənim" mövzusunda müsabiqənin final mərhələsi keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən şənbə günü Trend -a verilən məlumata görə, şəhərin 60 illik yubiley tədbirləri çərçivəsində şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş müsabiqə şəhər orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında keçirilib.

Final mərhələsində şəhərin İsmət Qayıbov adına 1 saylı və 23 saylı orta məktəblərinin komandaları iştirak edib.

Şagirdlər Sumqayıt şəhəri haqqında 10 sualı cavablandırıblar. Müsabiqənin nəticələrinə əsasən 10 bal toplayan İsmət Qayıbov adına 1 saylı orta məktəbin komandası birinci, 23 saylı orta məktəbin komandası isə ikinci yerə layiq görülüb.

Sonda komandalara şəhər Təhsil Şöbəsinin və Gənclər İdman Baş İdarəsinin fəxri fərmanları təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti