...

Azərbaycanda Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılıb

Cəmiyyət Materials 16 Noyabr 2009 13:06 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradıb, Trend News-a bazar ertəsi günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Azərbaycanda Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılıb

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir M. Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradıb,  Trend -a bazar ertəsi günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Mərkəzin yaradılmasında əsas məqsəd yüksək dağlıq ərazilərin bir ekosistem kimi kompleks öyrənilməsi və həmin ərazilərin meteoroloji, hidroloji rejiminin, xüsusilə də qar örtüyünün, buzlaqların tədqiqi, iqlim dəyişmələri, onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin öyrənilməsidir", - məlumatda deyilir.

Elm Mərkəzində, müxtəlif hündürlüklərdə - Şahdüzü (3000 m) və Kabaş (3500 m) dağ silsilələrində, mürəkkəb meteoroloji şəraitdə fasiləsiz fəaliyyət göstərməyə, məlumatların operativ olaraq Milli Hidrometeorologiya Departamentinə ötürməyə imkan verən avtomatlaşdırılmış meteoroloji stansiyalar quraşdırılıb. Tufandağ (4200 m) və Şahdağ (4280 m) zirvələrində quraşdırma işləri davam edir.

Mərkəzin yaxın günlərdə rəsmi açılış mərasimi keçiriləcəkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti