...

Almaniyada "Ənənə və emansipasiya arasında - Şərqi Avropanın qadınları Azərbaycan qadını nümunəsində" adlı tədbir keçiriləcək

Cəmiyyət Materials 18 Noyabr 2009 12:11 (UTC +04:00)
Almaniyanın Köln şəhərində noyabrın 20-də “Ənənə və emansipasiya arasında - Şərqi Avropanın qadınları Azərbaycan qadını nümunəsində” adlı müsahibə, musiqi və poeziya axşamı keçiriləcək, çərşənbə günü Trend News-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Almaniyada "Ənənə və emansipasiya arasında - Şərqi Avropanın qadınları Azərbaycan qadını nümunəsində" adlı tədbir keçiriləcək

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir M.Əliyev/

Almaniyanın Köln şəhərində noyabrın 20-də "Ənənə və emansipasiya arasında - Şərqi Avropanın qadınları Azərbaycan qadını nümunəsində" adlı müsahibə, musiqi və poeziya axşamı keçiriləcək, çərşənbə günü Trend -a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbiri Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin, Köln Şəhər Bələdiyyəsinin mədəniyyət şöbəsinin və GEDOK təşkilatının dəstəyi ilə təşkil edir. Mərasim Köln şəhəri bələdiyyəsinin mədəniyyətlərarası əlaqələr şöbəsinin müdiri Johannes Bunk və AAKM-in icraçı direktoru Samira Patzer-Ismayilovanın çıxışı ilə başlanacaq.

Tədbiri VDR teleradioşirkətinin əməkdaşı, jurnalist Annette Hager aparacaq. Birinci hissədə "Azərbaycan qadını öz gözü ilə və Avropa kontekstində" mövzusu ətrafında diskussiya olacaq. İkinci hissədə isə "Azərbaycan" qəzetinin incəsənət və mədəniyyət şöbəsinin müdiri, yazıçı Flora Xəlilzadə və Diasporla İş üzrə Dövlət Komitəsinin "Ölkəm" jurlanalının baş redaktoru, yazıçı Günel Rzayeva Azərbaycan qadının bu günü ilə bağlı məruzələr təqdim edəcəklər. Tədbirin "Azərbaycan qadınının ədəbiyyat və incəsənətdə rolu" adlı üçüncü bölümündə isə GEDOK-un sədri Christa Müller-Schlegelin çıxışı nəzərdə tutulub.

Bununla yanaşı, ədəbiyyatşünas və aktrisa Judit Genske Azərbaycan ədəbiyyatı nümunələrindən parçalar səsləndirəcək. Pianoçu Elnara İsmayilova Azərbaycanın qadın bəstəkarlarından Sevda İbrahimova və Firəngiz Əlizadənin bir neçə əsərini qonaqlara təqdim edəcək. Tədbirdə həmçinin Azərbaycanın qadın rəssamları - Marqarita Sokolova-Kərimova və Ofeliya İmanovanın rəsmlərindən ibarət sərgi təşkil olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti