...

Prokuror İrandan Azərbaycana silah gətirməkdə ittiham olunan dəstə üzvlərinə iş istəyib

Cəmiyyət Materials 18 Noyabr 2009 13:49 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Tahir Əsədullayevin 10, Musa Hacıyevin 10, Anar Heydərovun 4, Asif Pirəliyevin 4, Rəşad Aslanovun 5, Rəşad Şükürovun 5, Araz Şükürovun 2 il 6 ay, Vüqar İsayevin 2 il 6 ay, Elnur Şükürovun 2, Elçin Həsənovun 2 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Prokuror İrandan Azərbaycana silah gətirməkdə ittiham olunan dəstə üzvlərinə iş istəyib

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəmə prosesi keçirilib. Trend

-un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Tahir Əsədullayevin 10, Musa Hacıyevin 10, Anar Heydərovun 4, Asif Pirəliyevin 4, Rəşad Aslanovun 5, Rəşad Şükürovun 5, Araz Şükürovun 2 il 6 ay, Vüqar İsayevin 2 il 6 ay, Elnur Şükürovun 2, Elçin Həsənovun 2 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib və proses təxirə salınıb.

Dəstə üzvləri bu ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Dəstə üzvlərindən 2 ədəd "TT" və "Makarov"" markalı tapança, onların xeyli miqdarda daraqları aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq (206.3.2), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1, 228.2.1 və 228.2.2, ) maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti