...

Futbol üzrə Azərbaycan millisi Çexiya yığmasını məğlub etdi

Cəmiyyət Materials 18 Noyabr 2009 19:05 (UTC +04:00)
Hesabı matçın 25-ci dəqiqəsində Vaqif Cavadov açıb. Oyunda yekun qolu 89-cu dəqiqədə küncdən ötürülən topa başla zərbə endirən müdafiəçi Ruslan Abışov vurub.
Futbol üzrə Azərbaycan millisi Çexiya yığmasını məğlub etdi

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir İ.Hüseynov/

Futbol üzrə Azərbaycan millisi BƏƏ-də keçirilən dörd komandadan ibarət turnirdə 3-cü yer uğrunda mübarizədə Çexiya yığmasını 2:0 hesabı ilə məğlub etdi.

Hesabı matçın 25-ci dəqiqəsində Vaqif Cavadov açıb. Oyunda yekun qolu 89-cu dəqiqədə küncdən ötürülən topa başla zərbə endirən müdafiəçi Ruslan Abışov vurub.

Komandaların start heyəti:

Azərbaycan

Fərhad Vəliyev, Vladimir Levin, Mahir Şükürov, Elnur Allahverdiyev, Vaqif Cavadov, Aleksandr Çertoqanov, Samir Abbasov, Elvin Məmmədov, Ruslan Abışov, Maksim Medvedev, Fabio Luis Ramim.

Çexiya

Tomas Qriqar, Yan Simunek, Yan Raynoh, Lukas Maqera, Marek Mateyovski, Daniel Pudil, David Limberski, Mixal Papadopulos, Mario Liçka, Yan Blajek, Mario Holek.

Xəbər lenti

Xəbər lenti