...

Azərbaycanda ətraf mühitin idarə olunması üzrə baş plan hazırlanıb

Cəmiyyət Materials 20 Noyabr 2009 17:22 (UTC +04:00)
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreyanın Ətraf Mühit Nazirliyi arasında 2008-ci il mayın 19-da "Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu" imzalandıqdan sonra "Azərbaycanda ətraf mühitinin idarə olunması üzrə Baş Plan" hazırlanıb", - cümə günü Trend News-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Azərbaycanda ətraf mühitin idarə olunması üzrə baş plan hazırlanıb

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda ətraf mühitin idarə olunması üzrə baş plan hazırlanıb.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreyanın Ətraf Mühit Nazirliyi arasında 2008-ci il mayın 19-da "Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu" imzalandıqdan sonra "Azərbaycanda ətraf mühitinin idarə olunması üzrə Baş Plan" hazırlanıb", - cümə günü Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bu müddət ərzində Cənubi Koreya nümayəndələri dəfələrlə Azərbaycanda işgüzar səfərlərdə olublar, Koreya və Azərbaycan mütəxəssisləri "Azərbaycanda ətraf mühitin idarə olunması üzrə Baş Plan"ın komponentlərini, eyni zamanda, Koreya ilə əməkdaşlıq üzrə Azərbaycanda Baş Plan çərçivəsində həyata keçirilməsi məqsədəuyğun hesab edilən layihə təkliflərini müzakirə ediblər.

"Bu müzakirələrin nəticəsi olaraq, prioritet istiqamətlər kimi ilk növbədə həyata keçirilməsi üçün "Təmizlənmiş çırkab sularının yaşıllıqların suvarılmasında təkrar istifadəsi", "Qobustanda bərk məişət tullantıları poliqonunun inşası", "Ekoloji mühitin avtomatlaşdırılmış monitorinq sisteminin qurulması" layihələri seçilib. Bu layihələrin reallaşmasında, müasir tələblərə cavab verən ətraf mühit texnologiyalarının ölkəmizdə tətbiq edilməsində Koreyanın böyük dəstəyi olacaq", - məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, Koreyanın ətraf mühit nazirinin müavini Honq Con Seokun başçılıq etdiyi nümayəndə heyətinin ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşündə ətraf mühit sahəsində Koreya və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti