...

Azərbaycanlı zəvvarların səhhətləri ilə bağlı heç bir problem yoxdur - Şeyxülislam

Cəmiyyət Materials 23 Noyabr 2009 17:17 (UTC +04:00)
Azərbaycanlı zəvvarların sağlamlıqları ilə bağlı problem yoxdur. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bazar ertəsi jurnalistlərə deyib.
Azərbaycanlı zəvvarların səhhətləri ilə bağlı heç bir problem yoxdur - Şeyxülislam

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycanlı zəvvarların sağlamlıqları ilə bağlı problem yoxdur. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bazar ertəsi jurnalistlərə deyib.

Onun sözlərinə görə, zəvvarlarla telefon danışığı olub. Onlar narahatlığa heç bir səbəb olmadığını bildiriblər.

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi 4 xarici zəvvarın A/H1N1 virusundan öldüyünü bəyan edib. Onlar Sudan, Hindistan, Mərakeş və Nigeriya vətəndaşlarıdır.

Məlumata görə, ölən şəxslərdən heç biri ölkəyə gələnədək bu virusdan peyvənd olunmayıb. Nazirlik bütün ziyarət etmək arzusunda olanları vaksinasiyadan keçməyə çağırıb. Bundan əlavə, yaşlı insanlara və hamilə qadınlara zəvvarlıqdan çəkinmək tövsiyə edilib.

Həcc noyabr ayının 25-də başlayacaq. Dünyanın müxtəlif ölkələrindən 3 milyona yaxın zəvvarın Səudiyyə Ərəbistanına gələcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti