...

Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təşəbbüs qrupu yaradılıb

Cəmiyyət Materials 24 Noyabr 2009 18:07 (UTC +04:00)
Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təşəbbüs qrupu yaradılıb. Bu barədə çərşənbə axşamı Trend News-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təşəbbüs qrupu yaradılıb

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir M.Əliyev/

Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təşəbbüs qrupu yaradılıb. Bu barədə çərşənbə axşamı Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

"Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının Almaniyanın Frankfurt şəhərində keçirilən birgə toplantısından sonra bir araya gələn xanımlar Avropada "Azərbaycan qadını" fenomeninin təbliğinin vacib olduğunu və bu məkanda yaşayan azərbaycanlı qadınların üzərinə getdikcə daha böyük məsuliyyətin düşdüyünü vurğulayıblar", - məlumatda qeyd olunub.

Bu təşəbbüsü ilk olaraq irəli sürən Niderlanddakı Azərbaycanlı Qadınlar Birliyinin sədri, Azərbaycan və Niderland Yazıçılar İttifaqlarının üzvü Gülşən Kazimova məruzə ilə çıxış edib. O bildirib ki, belə bir qurumun yaradılması ideyası Avropada yaşayan azərbaycanlı xanımları daha da fəallaşdırmaq məqsədilə irəli sürülüb. Kazımovanın sözlərinə görə, yeni yaradılan birlik azərbaycanlı qadınların, eləcə də qadın təşkilatlarının arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcək, onlar bir-biri ilə daha sıx ünsiyyətdə və əlaqədə olacaqlar.

Kazımova bildirib ki, azərbaycanlı xanımların daha yüksək səviyyədə təşkilatlanıb Avropadakı lobbizm fəaliyyətinə dəstək vermələrinə ehtiyac var.

Təşəbbüs qrupuna Niderland, Almaniya, Danimarka, İsveçdən olan Azərbaycan diasporunun qadın fəalları daxildir. Təşəbbüs qrupu digər ölkələrdəki qadın təşkilatlarını da bu quruma cəlb edəcək, birliyin konsepsiyasını hazırlayacaq və 2010-cu ilin birinci yarısında təsis konfransı keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti