...

Azərbaycan həbsxanalarında cəza çəkən qadınların əksəriyyəti ərlərinin qətlində günahlandırılır - ombudsman

Cəmiyyət Materials 25 Noyabr 2009 12:34 (UTC +04:00)
Azərbaycan həbsxanalarında hazırda cəza çəkən qadınların böyük əksəriyyəti ərlərinin qətlində günahlandırılır. Onlar bu cinayətə ərlərinin zorakılığına görə sövq edilirlər, Trend News-un məlumatına görə, bunu Bakıda ATƏT-in, Milli Məclisin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin "Məişət zorakılığınını qarşısının alınması: ictimaiyyəti məlumatlandırmaq və qanuna dəstək" mövzusunda bu gün birgə keçirilən tədbirində ombudsman Elmira Süleymanova deyib.
Azərbaycan həbsxanalarında cəza çəkən qadınların əksəriyyəti ərlərinin qətlində günahlandırılır - ombudsman

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan həbsxanalarında hazırda cəza çəkən qadınların böyük əksəriyyəti ərlərinin qətlində günahlandırılır. Onlar bu cinayətə ərlərinin zorakılığına görə sövq edilirlər, Trend -un məlumatına görə, bunu Bakıda ATƏT-in, Milli Məclisin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin "Məişət zorakılığınını qarşısının alınması: ictimaiyyəti məlumatlandırmaq və qanuna dəstək" mövzusunda bu gün birgə keçirilən tədbirində ombudsman Elmira Süleymanova  deyib.

"Azərbaycanda ailə zorakılığının son nəticəsi özünə sui-qəsd, adamöldürmə, fahişəliyə cəlbetmə və insan alveri ilə nəticələnir", - Süleymanova deyib.

Azərbaycan Parlamenti 2008-ci ildə "Məişət zorakılığı haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, onu yenidən işlənməsi üçün geri qaytarıb.

BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə, noyabrın 25-i qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur.

Ombudsman hesab edir ki, Azərbaycanda "Məisşət zorakılığı haqqında" qanunun qəbulu vacibdir.

"Ancaq bu problemin həlli təkcə qanunvericilikdən asılı deyil. İctimaiyyət bütünlüklə ailə zorakılığına qarşı çıxmalıdır", - ombudsman əlavə edib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti