...

KİV nümayəndələri və Azərbaycan dövlət strukturlarının mətbuat xidmətlərinin rəhbərləri qarşılıqlı münasibətlərindəki problemləri müzakirə ediblər

Cəmiyyət Materials 25 Noyabr 2009 15:45 (UTC +04:00)
Söz Azadlığının Müdafiəsi Fondu çərşənbə günü informasiya qəbulu sahəsindəki problemlərin müzakirə edilməsi üçün KİV nümayəndələri ilə Azərbaycan dövlət strukturlarının mətbuat xidmətləri rəhbərlərinin görüşünü təşkil edib.
KİV nümayəndələri və Azərbaycan dövlət strukturlarının mətbuat xidmətlərinin rəhbərləri qarşılıqlı münasibətlərindəki problemləri müzakirə ediblər

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir M.Əliyev/

Söz Azadlığının Müdafiəsi Fondu çərşənbə günü informasiya qəbulu sahəsindəki problemlərin müzakirə edilməsi üçün KİV nümayəndələri ilə Azərbaycan dövlət strukturlarının mətbuat xidmətləri rəhbərlərinin görüşünü təşkil edib.

Fondun rəhbəri Musa Yaqubov deyib ki, mətbuat xidməti yalnız informasiya verməklə kifayətlənməməlidir, həmçinin jurnalistlərlə dövlət strukturlarının məsul şəxsləri ilə görüşünü təşkil etməlidir. Onun sözlərinə görə, hazırda Fond əməkdaşlığın müsbət və mənfi tərəflərini araşdırmaq və münasibətlərin müsbət yöndə inkişaf yollarını müəyyən etmək istiqamətində "KİV ilə mətbuat xidmətləri arasında əlaqə" mövzusuna dair layihə həyata keçirir.

Layihənin koordinatoru Nazirməmməd Quliyev deyib ki, dövlət orqanlarının mətbuat xidmətləri rəhbərlərinin 70 faizə qədəri əvvəllər mətbuatda işləyiblər. "Lakin onlardan bəziləri nazirliyə rəsmi müraciət tələb edirlər, belə olan halda qanunvericiliyə dair sorğu məktub formasında faks, elektron poçt və s. vasitəsilə göndərilə bilər", - Quliyev deyib.

Onun sözlərinə görə, mətbuat xidməti jurnalistlərin fəaliyyətinə məhdudiyyət qoymaq üçün deyil, onların işini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Müzakirələr zamanı Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Məsimli deyib ki, hazırda qeyri-peşəkar jurnalistlərə tez-tez təsadüf edilir. Onun sözlərinə görə, bəzi jurnalistlər müxtəlif tədbirlər zamanı etik qaydaları pozur.

"Mətbuat nazirliklərlə rəsmi mövqeyində artıq ifadə edilmiş məsələlərin müzakirəsi üçün həmişə görüş tələb edir", - Məsimli deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti