Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir F.Hüseynli/
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) dünya çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
Federasiyadan cümə axşamı Trend -a bildiriblər ki, 17 və 20 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün AFFA öz namizədliyini irəli sürüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]