...

Avarçəkmə üzrə Azərbaycan milli komandası Bolqarıstanda təlim-məşq toplanışı keçəcək

Cəmiyyət Materials 1 Dekabr 2009 17:23 (UTC +04:00)
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a bildiriblər ki, yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov toplanışa 3 kanoeçimizi - Maksim Prokopenko, Sergey Bezuqlıy və Andrey Kraytoru aparacaq.
Avarçəkmə üzrə Azərbaycan milli komandası Bolqarıstanda təlim-məşq toplanışı keçəcək

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir F.Hüseynli/

Kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan milli komandası dekabrın 8-də Bolqarıstana təlim-məşq toplantısına yollanacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov toplanışa 3 kanoeçimizi - Maksim Prokopenko, Sergey Bezuqlıy və Andrey Kraytoru aparacaq.

Hazırlıq prosesi üçün Bolqarıstan paytaxtı Sofiyadan 200 km uzaqlıqda olan Bilmiken kurort bazası seçilib. Dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan bu bazada kanoeçilərimiz fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi istiqamətində müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Onlar əsasən xizəklə, ştanqla və üzgüçülüklə məşğul olacaqlar. Toplanış dekabrın 29-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti