...

Dünya çempionatında Braziliya, Argentina, Almaniya və İtaliyanı şanslı sayıram - Berti Foqts

Cəmiyyət Materials 5 Dekabr 2009 11:40 (UTC +04:00)
Azərbaycanın futbol üzrə milli yığmasının alman baş məşqçisi Berti Foqts 2010-cu il dünya çempionatının final mərhələsi üçün balanslı püşkatma olduğunu bildirib.
Dünya çempionatında Braziliya, Argentina, Almaniya və İtaliyanı şanslı sayıram - Berti Foqts

Azərbaycan, Bakı, 5 dekabr / Trend , müxbir E.İsmayılov/

Azərbaycanın futbol üzrə milli yığmasının alman baş məşqçisi Berti Foqts 2010-cu il dünya çempionatının final mərhələsi üçün balanslı püşkatma olduğunu bildirib.

"Çox balanslı püskatma oldu. Hesab edirəm ki, Braziliya və Portuqaliyanın təmsil olduğu G qrupu ən çətin qrupdur", - şənbə günü Trend -a Foqts deyib.

Alman baş məşqçisi hesab edir ki, dünya çempionatında lider kimi Braziliya, Argentina, Almaniya və İtaliya komandalarını görür.

"Çox güman ki, həmin komandalar finala  qədər irəliləyəcək. Həmin komandaları şanslı sayıram", alman baş məşqçisi əlavə edib.


Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində 2010-cu il dünya çempionatının final mərhələsinin püşkü atılıb. Püşk nəticəsində 32 milli komanda 8 qrupda yer alıb. Mərasimdən öncə bu yığmalar gücünə və zonasına görə, 4 səbətə bölüşdürülüb.


A qrupu
1. CAR
2. Meksika
3. Uruqvay
4. Fransa

B qrupu
1. Argentina
2. Nigeriya
3. Cənubi Koreya
4. Yunanıstan

C qrupu
1. İngiltərə
2. ABŞ
3. Əlcəzair
4. Sloveniya

D qrupu
1. Almaniya
2. Avstraliya
3. Serbiya
4. Qana

E qrupu
1. Hollandiya
2. Danimarka
3. Yaponiya
4. Kamerun

F qrupu
1. İtaliya
2. Paraqvay
3. Yeni Zelandiya
4. Slovakiya

G qrupu
1. Braziliya
2. KXDR
3. Kot d`İvuar
4. Portuqaliya

H qrupu
1. İspaniya
2. İsveçrə
3. Honduras
4. Çili

Dünya çempionatı 11 iyun - 11 iyul aralığında gerçəkləşəcək. Mundialın açılış oyunu CAR və Meksika arasında baş tutacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti