...

Bakıda keçirilən Beynəlxalq Elm Olimpiadasının birinci turu başa çatıb

Cəmiyyət Materials 5 Dekabr 2009 17:25 (UTC +04:00)
Bakıda, 258 məktəblinin iştirak etdiyi Beynəlxalq Elm Olimpiadasının birinci turu başa çatıb. Bu barədə şənbə günü, Azərbaycanın Gənclər və İdman Nazirliyindən Trend News-a bildirilib.
Bakıda keçirilən Beynəlxalq Elm Olimpiadasının birinci turu başa çatıb

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir M.Əliyev/

Bakıda, 258 məktəblinin iştirak etdiyi Beynəlxalq Elm Olimpiadasının birinci turu başa çatıb. Bu barədə şənbə günü, Azərbaycanın Gənclər və İdman Nazirliyindən Trend -a bildirilib.

Həmin mərhələdə, iştirakçı ölkələrdən olan şagirdlər üç saat ərzində, biologiya, kimya və fizika üzrə test tapşırıqlarını yerinə yetiriblər.

"Dekabrın altısında Olimpiadanın ikinci turu təşkil ediləcək və iştirakçılar nəzəriyyədən imtahan verəcəklər. Dekabrın 8-də isə eksperimental tapşırıqlar formasında axırıncı tur təşkil olunacaq ", - idarədən deyilib.

Hər bir imtahandan qabaq, iştirakçı ölkələrdən olan müəllimlər, 30 azərbaycanlı alim tərəfindən hazırlanmış sualları müzakirə edirlər. Birinci turun tapşırıqlarının müzakirəsindən sonra yalnız bir tapşırıq dəyişdirilib, belə ki, həmin tapşırıq 15 yaşlı şagird üçün çətin hesab edilib.

Nazirlikdən deyildiyi kimi, azərbaycanlı şagirdlərin göstəricilərinin nəticələri barədə danışmaq hələ tezdir, belə ki, biliklər, hər üç turun yekununda qiymətləndiriləcək.

Iştirak edən 258 şagirdin 10 faizi qızıl medal, bunun ardından 20 faiz gümüş medal, və 30 faiz bürünc medal alacaq. Bütövlükdə 160 iştirakçı medalla mükafatlandırılacaq. Bundan əlavə, praktik tapşırıqlar üzrə ən yaxşı komanda oyunu göstərən ölkə Olimpiada kuboku alacaq.

"İmtahan günlərində müəllimlər üçün, sualların hazırlanması günlərində isə şagirdlər üçün əyləncəli tədbirlət təşkil olunacaq", - idarədən deyilib.

Dekabrın 11-nə kimi davam edəcək Olimpiadada dünyanın 49 ölkəsindən şagird və müəllimlər iştirak edəcək. Yarışma ingilis dilində keçiriləcək. Əvvəllər bu Olimpiada, 2004-2005-ci illərdə İndoneziyada, 2006-cı ildə Braziliyada, 2007-ci ildə Tayvanda, 2008-ci ildə isə Koreyada keçirilib.

Xəbər lenti

Xəbər lenti