...

İranın "Yarane Xorşid" saytının direktoruna qarşı cinayət işi açılıb

Cəmiyyət Materials 10 Dekabr 2009 14:02 (UTC +04:00)
Tehran Prokurorluğunun mətbuat xidməti məlumat yayaraq bildirb ki, "Yarane Xorşid" (Günəşin dostları) saytı ölkə rəsmilərinə qarşı təhqiredici materiallar dərc etdiyi üçün həmin saytın direktoruna qarşı cinayət işi açılıb.
İranın "Yarane Xorşid" saytının direktoruna qarşı cinayət işi açılıb

Tehran Prokurorluğunun mətbuat xidməti məlumat yayaraq bildirb ki, "Yarane Xorşid" (Günəşin dostları) saytı ölkə rəsmilərinə qarşı təhqiredici materiallar dərc etdiyi üçün həmin saytın direktoruna qarşı cinayət işi açılıb. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, "Yarane Xorşid" saytının direktoruna qarşı açılmış iş baxılması üçün Tehran Məhkəməsinə göndərilib.

Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi  İranın məsul şəxslərini təhqir edəcək hər kəsə qarşı sərt addımlar atılacağı barədə daha öncə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti