...

Azərbaycanda həbsdə olan bloqgerlərin həbs-qətimkan tədbiri dəyişdirilməyib

Cəmiyyət Materials 22 Dekabr 2009 12:59 (UTC +04:00)
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqgerlər Emin Milli və Adnan Hacızadənin apellyasiya şikayəti üzrə ilkin baxış başlayıb.
Azərbaycanda həbsdə olan bloqgerlərin həbs-qətimkan tədbiri dəyişdirilməyib

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqgerlər Emin MilliAdnan Hacızadənin apellyasiya şikayəti üzrə ilkin baxış başlayıb.

Trend -un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bloqgerlərin vəkilləri jurnalistlərin prosesdə iştirakının təmin olunması və çəkiliş aparılmasına imkan verilməsi barədə vəsatət qaldırıblar. Vəsatət təmin olunub.

Vəkillərin digər vəsatəti isə bloqgerlər barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, bunun müqabilində onların hər biri üçün 5 min manat (ümumilikdə 10 min manat) girov qoyulması barədə olub. Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra vəsatətin təmin olunmadığı bildirilib.

Proses yanvarın 8-də davam etdiriləcək.

Emin Milli və Adnan Hacızadə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər. Səbail rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti