...

Azərbaycanda qeydiyyatdan keçmiş daha 29 dini icmaya şəhadətnamə verilib

Cəmiyyət Materials 24 Dekabr 2009 17:41 (UTC +04:00)
Azərbaycanda qeydiyyatdan keçmiş daha 29 dini icmaya şəhadətnamə verilib. Bununla əlaqədar olaraq cümə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov tərəfindən dini icmaların nümayəndələrinə qeydiyyat şəhadətnamələri təqdim edilib.
Azərbaycanda qeydiyyatdan keçmiş daha 29 dini icmaya şəhadətnamə verilib

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir T.Cəfərov/

Azərbaycanda qeydiyyatdan keçmiş daha 29 dini icmaya şəhadətnamə verilib.

Bununla əlaqədar olaraq cümə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov tərəfindən dini icmaların nümayəndələrinə qeydiyyat şəhadətnamələri təqdim edilib.

Qeydiyyat şəhadətnamələri təqdim edilən dini icmalardan yalnız ikisi qeyri-islam təmayüllüdür. Bunlar Quba rayonunun Qırmızı qəsəbə kəndinin dağ yəhudilərinin dini icması və Qəbələ rayonunun alban-udin dini icmasıdır.

Ümumilikdə, ilin əvvəlindən artıq 120 icma qeydiyyatdan keçib.

Azərbaycan Respublikası Kostitusiyasının 18-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq "Dini etiqad azadlığı haqqında" qanuna əlavəyə əsasən, insanların şərəf və ləyaqətini alçaldan, yaxud insanlıq prinsiplərinə zidd olan dinlərin yayılması və təbliğatı qadağan edilir. Digər əlavəyə əsasən, bütün dini icmalar yalnız qanunverici hakimiyyətin müvafiq orqanlarında qeydiyyatdan keçdikdən və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər.

Ötən il Azərbaycanda 102 dini icma qeydiyyatdan keçib və bununla da ölkədə dini qurumların sayı 534-ə çatıb.

Xəbər lenti

Xəbər lenti