...

Şahmat üzrə Azərbaycan yığması Ermənistana qalib gəlib (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 5 Yanvar 2010 21:44 (UTC +04:00)
Çərşənbə axşamı Türkiyənin Bursa şəhərində kişilər arasında şahmat üzrə yığmaların dünya çempionatının birinci turu çərçivəsində Azərbaycan və Ermənistan yığmalarının görüşü keçirilib.
Şahmat üzrə Azərbaycan yığması Ermənistana qalib gəlib (ƏLAVƏ OLUNUB-2)

RED. əlav: 6-cı abzas əlavə olunub.

Azərbaycan, Bakı, 05 yanvar/ Trend , müxbir M.Əliyev/

Çərşənbə axşamı Türkiyənin Bursa şəhərində kişilər arasında şahmat üzrə yığmaların dünya çempionatının birinci turu çərçivəsində Azərbaycan və Ermənistan yığmalarının görüşü başa çatıb.

Cütlüklər bu qaydada paylanıb: 1. Vüqar Həşimov (2759) - Levon Aronyan (2781); 2. Teymur Rəcəbov (2733) - Vladimir Akopyan (2678); 3. Şəhriyar Məmmədyarov (2741) - Arman Paşikyan (2647), Rauf Məmmədov (2640) - Tiqran Petrosyan (2627).

Azərbaycan yığması son iki görüşdə Ermənistan yığmasına məğlub olub. Bizim şahmatçılarımız 2008-ci ildə Almaniyada keçirilən şahmat olimpiyadasında və keçən il Serbiyada keçirilən Avropa komanda çempionatında da ermənilərə eyni hesabla məğlub olublar (1,5:2,5).

İlk lövhədə Ağ fiqurlu Vüqar Həşimov Levon Aronyanla oyunu heç-heçə edib.

Şəhriyar Məmmədyarov 1:0 hesabı ilə Armen Paşikyana qalib gəlib. Teymur Rəcəbov və Vladimir Akopyan oyunu heç-heç edib - 0,5:0,5.

Rauf Məmmədov və Tiqran Petrosyanın oyunu da heç-heçə ilə başa çatıb. Beləliklə, Azərbaycan yığması Ermənistana 2,5:1,5 hesabı ilə qalib gəlib.

Dünya çempionatının birinci turunda Türkiyə - ABŞ, Hindistan -Yunanıstan, Rusiya - Braziliya, Misir - İsrail görüşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti