Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir M.Əliyev/
"Almaniyanın Azərbaycandakı səfirliyi Şamaxıda əlillər üçün onların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz edilmiş hamam və sosial guşə inşa edib", -bu barədə cümə axşamı Almaniya səfirliyindən Trend -a məlumat verilib.
Almaniya səfiri Pyer K.Stankina və əmək və əhalinin sosail müdafiəsi nazirliyinin nümayəndəsi cümə günü əlillər evinə gedərək inşa edilmiş müəssisənin açılışında iştirak edəcəklər. Azərbaycan Dövlət Neft Şirkəti hamamların su ilə təmin edilməsi öhdəliyini öz üzərinə götürüb.
Almaniya səfirliyi əlillər evindəki yüksək ixtisaslaşdırılmış sosial işçilərin fəaliyyətini maliyyələşdirir. "Caspian Compassion Project" şirkətinin maliyyə dəstəyi ilə evdə yaşayan 100 nəfərdən çox əlilə tibbi yardım göstərilib.
"German Bazar Project" şirkətinin layihəsi çərçivəsində Almaniyadan 100 yeni yorğan gətirilib. Bundan əlavə, yaxın vaxtlarda əlillər evinə yeni çarpayılarda veriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]