...

Azərbaycan Təhsil Nazirliyinin nəzdində yeni idarə yaradılıb

Cəmiyyət Materials 14 Yanvar 2010 18:27 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılmasını təsdiq edib.
Azərbaycan Təhsil Nazirliyinin nəzdində yeni idarə yaradılıb

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir M. Əliyev/

Azərbaycan Nazirlər Kabineti Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılmasını təsdiq edib. Bu barədə Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat yayıb.

İdarə 2006-2015-ci illəri əhatə edən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədi ilə yaradılıb. Həmçinin idarə proqramın icrası üçün dövlət büdcəsi və digər mənbələr hesabına nəzərdə tutulmuş vəsaitlər üzrə sifarişçi funksiyasını həyata keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti