...

Türkiyənin təhsil naziri Bakıda iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək

Cəmiyyət Materials 21 Yanvar 2010 11:19 (UTC +04:00)
Türkiyənin təhsil naziri Nemət Çubukçu Bakıya səfəri çərçivəsində Azərbaycan tərəfi ilə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmək niyyətindədir.
Türkiyənin təhsil naziri Bakıda iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir R.Hafizoğlu/

Türkiyənin təhsil naziri Nemət Çubukçu Bakıya səfəri çərçivəsində Azərbaycan tərəfi ilə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmək niyyətindədir. Bu məqsədlə Azərbaycanın təhsil naziri Misir Mərdanov və Prezident İlham Əliyevlə görüşlər planlaşdırılıb. Bu barədə Çubukçu çərşənbə axşamı Bakıda jurnalistlərə deyib.

Onun sözlərinə görə, iki ölkənin Təhsil nazirlikləri arasında sənədlərin imzalanması gözlənilir.

Çubukçunun Azərbaycana səfəri yanvarın 21-də başlayıb.

Türkiyənin təhsil naziri bu gün səhər Şəhidlər Xiyabanını və Fəxri Xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qəbrini ziyarət edib.

Xəbər lenti

Xəbər lenti