...

Azərbaycanın Ali Məhkəməsinin sədri Strasburqa səfər edəcək

Cəmiyyət Materials 25 Yanvar 2010 13:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yeni açılış ili ilə bağlı keçiriləcək ənənəvi tədbirdə iştirak etmək məqsədilə yanvarın 27-30-da Strasburqa səfər edəcək.
Azərbaycanın Ali Məhkəməsinin sədri Strasburqa səfər edəcək

Fransa, Strasburq, 25 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yeni açılış ili ilə bağlı keçiriləcək ənənəvi tədbirdə iştirak etmək məqsədilə yanvarın 27-30-da Strasburqa səfər edəcək. Bu barədə Trend -a bazar ertəsi Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Səfər çərçivəsində Ramiz Rzayevin AİHM-nin sədri Jan -Pol Kosta (Jean-Paul Costa) və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Səfər zamanı Ali Məhkəmənin sədrini qurumun icra aparatının rəhbəri Əlirza Kazımov müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti