...

Azərbaycanda nikaha daxil olanların 75,1 faizini gənclər təşkil edib

Cəmiyyət Materials 1 Fevral 2010 20:42 (UTC +04:00)
Ötən il ölkədə nikaha daxil olanların 75,1 faizini gənclər təşkil edib, son beş ildə nikah bağlayan gənclərin sayı isə 12 faiz artıb. Trend News-un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.
Azərbaycanda nikaha daxil olanların 75,1 faizini gənclər təşkil edib

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir M.Əliyev/

Ötən il ölkədə nikaha daxil olanların 75,1 faizini gənclər təşkil edib, son beş ildə nikah bağlayan gənclərin sayı isə 12 faiz artıb. Trend -un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Azərbaycanda nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların orta yaşı isə 23-dür.

2009-cu ildə erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4 faiz artaraq 6,9 faizə çatıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur. Boşananlar arasında gənclərin xüsusi çəkisi 22,6 faizdir.

Xəbər lenti

Xəbər lenti