...

Azərbaycan və Qırğızıstan gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında memorandum imzalamaq niyyətindədir

Cəmiyyət Materials 3 Fevral 2010 13:25 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında memorandum imzalamaq niyyətindədir. Bu məqsədlə Qırğızıstanın məşğulluq, əmək və miqrasiya nazirinin müavini Nuriylə Coldoşovanın başçılığı ilə Qırğızıstan nümayəndə heyyəti çərşənbə günü Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşüb.
Azərbaycan və Qırğızıstan gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında memorandum imzalamaq niyyətindədir

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycan və Qırğızıstan gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında memorandum imzalamaq niyyətindədir. Bu məqsədlə Qırğızıstanın məşğulluq, əmək və miqrasiya nazirinin müavini Nuriylə Coldoşovanın başçılığı ilə Qırğızıstan nümayəndə heyyəti çərşənbə günü Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşüb.

Görüş zamanı Azərbaycan naziri Azərbaycan-Qırğızıstan gənclər forumu keçirilməsinin vacibliyini bildirib. Onun fikrincə, bu forumun keçirilməsi gənclər siyasəti sahəsində ikitərəfli əlaqələrin inkişafına yardım edəcək.

Coldoşovanın sözlərinə görə, Qırğızıstan tərəfi memorandumun ilkin variantını artıq hazırlayıb, Azərbaycan tərəfi ilə müzakirə olunandan sonra o imzalana bilər.

"Qırğızıstanda islahat həyata keçiriləndən sonra gənclər siyasəti sahəsində yeni konsepsiya hazırlanır", - o deyib.

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev yanvarın 16-dan 20-dək davam edən səfəri çərçivəsində Qırğızıstanda gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşlər zamanı Azərbaycanın gənclər siyasəti modelindən Qırğızıstanda eyni sahənin formalaşmasında istifadə etmək barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti