...

Azərbaycan gəncləri Küveytin gənclər təşkilatları ilə əməkdaşlıq edəcəklər

Cəmiyyət Materials 3 Fevral 2010 13:48 (UTC +04:00)
Azərbaycan və Küveyt gənclər təşkilatları arasında əməkdaşlıq məsələsi çərşənbə günü Bakıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Küveytin LoYAC (Lothan Youth achievement Center) Gənclər Təşkilatının icraçı direktoru Farah al-Saddaf arasında müzakirə olunub.
Azərbaycan gəncləri Küveytin gənclər təşkilatları ilə əməkdaşlıq edəcəklər

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir M.Əliyev/

AzərbaycanKüveyt gənclər təşkilatları arasında əməkdaşlıq məsələsi çərşənbə günü Bakıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Küveytin LoYAC (Lothan Youth achievement Center) Gənclər Təşkilatının icraçı direktoru Farah al-Saddaf arasında müzakirə olunub.

"Azərbaycanda 117 gənclər təşkilatı fəaliyyət göstərir ki, həmin təşkilatlar küveytli həmkarları ilə müxtəlif sahələrdə əməkdaşlıq edə bilər", - Rəhimov deyib.

Saddafın sözlərinə görə, təşkilat gənclər üçün müxtəlif proqramlar həyata keçirir və onların əsas funksiyası tələbələr üçün beynəlxalq təcrübə keçirilmələrinin təşkil olunmasıdır. Onun sözlərinə görə, iki küveytli tələbə Azərbaycan Diplomatik Akademiyasında magistraturada oxuyacaq.

Xəbər lenti

Xəbər lenti