...

Azərbaycanda hava bu həftə yaxşılaşacaq - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 8 Fevral 2010 13:20 (UTC +04:00)
Azərbaycanda hava bu həftə yumşalacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya departamentinin direktoru Umeyra Tağıyeva bazar ertəsi Trend News-a bildirib.
Azərbaycanda hava bu həftə yaxşılaşacaq - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 8 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanda hava bu həftə yumşalacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya departamentinin direktoru Umeyra Tağıyeva bazar ertəsi Trend - a bildirib.

Onun sözlərinə əsasən, ölkə rayonlarında azacıq qar yağması istisna edilmir. Aran rayonlarında havanın temperaturu gecə mənfi 3-8 dərəcə, gündüz 3-6 dərəcəyə kimi artacaq. Dağlıq yerlərdə havanın temperaturu gecə mənfi 10-15 dərəcə, gündüz mənfi 3 dərəcədən müsbət 2 dərəcəyə kimi təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında yaxın günlərdə hava, əsasən, yağıntısız keçəcək, ancaq şimal küləyi üstünlük təşkil edəcək. Gecə temperatur 2-5 dərəcə şaxta təşkil edəcək, temperaturun gündüz 3-6 dərəcəyə kimi qalxması gözlənilir.

Xəbər lenti

Xəbər lenti