...

Azərbaycan Təhsil Nazirliyi 2010-cu ili təhsil sistemində İKT ili elan edib

Cəmiyyət Materials 9 Fevral 2010 12:12 (UTC +04:00)
Azərbaycanın təhsil naziri 2010-cu ili təhsil sistemində informasiya kommunikasiya texnologiyaları ili elan edib.
Azərbaycan Təhsil Nazirliyi 2010-cu ili təhsil sistemində İKT ili elan edib

Azərbaycan, Bakı, 9 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri 2010-cu ili təhsil sistemində informasiya kommunikasiya texnologiyaları ili elan edib.

Misir Mərdanovun Microsoft tərəfindən keçirilmiş innovasiya müəllimləri arasında konkursun nəticələrinin elan olunması mərasimdə bildirdiyinə əsasən, Azərbaycanda bu il daha 500 məktəb Təhsil Nazirliyinin İKT mərkəzinə qoşulacaq və internetə qoşulmaq imkanı əldə edəcək.

"Azərbaycanda dörd mindən çox məktəb var, biz bu sistemi mərhələlərlə tətbiq edəcəyik, əvvəlcə ölkənin böyük şəhərlərindən başlayacağıq", - nazir bildirib.

Onun sözlərinə əsasən, bu il bir neçə nominasiyada İKT üzrə müsabiqə elan ediləcək.

Xəbər lenti

Xəbər lenti