...

Azərbaycanda İrəvan xanlığından bəhs edən kitabın təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Fevral 2010 14:02 (UTC +04:00)
"Bu kitab Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın paytaxtı olan İrəvan şəhərinin Azərbaycan torpağı olması haqqındakı bəyanatına, müvəqqəti itirilən torpaqlarımızın unudulmaması çağırışına bir reaksiyadır", - Trend News-un məlumatına görə, çərşənbə günü "İrəvan xanlığı" kitabının təqdimat mərasimində hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib.
Azərbaycanda İrəvan xanlığından bəhs edən kitabın təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda İrəvan xanlığından bəhs olunan kitabın təqdimatı keçirilib.

"Bu kitab Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın paytaxtı olan İrəvan şəhərinin Azərbaycan torpağı olması haqqındakı bəyanatına, müvəqqəti itirilən torpaqlarımızın unudulmaması çağırışına bir reaksiyadır", - Trend -un məlumatına görə, çərşənbə günü "İrəvan xanlığı" kitabının təqdimat mərasimində hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, milli şüuru formalaşdıran iki başlıca amildən biri tarixdir, ikincisi həyata keçirilən siyasət.

"İnsan öz tarixini bilərək inkişaf edir, düzgün siyasətin yürüdülməsi nəticəsində əzəmətli, qüdrətli dövlətin vətəndaşı olur. Bu gün hər bir Azərbaycan vətəndaşı qürur duyur ki, onun dövlətinin başında duran insan bu dövlətin həm tarixini, həm bugününü özünün həyata keçirdiyi siyasətin diqqət mərkəzində saxlayır. Heç də təsadüfi deyil ki, bu kitab həyata keçirilən bu siyaəstin bilavasitə qarşısına qoyduğu məqsədə ünvanlanıb", - sədr müavini əlavə edib.

İcra katibi deyib ki, "İrəvan xanlığı" kitabı rus və ingilis dillərinə tərcümə olunaraq Azərbaycandan kənarda yayılacaq.

"Kitabda Nadir şahın yaratdığı Əfşar imperiyasının süqutundan sonra meydana gəlmiş Azərbaycan dövlətlərinin birindən - İrəvan xanlığından bəhs olunur", - tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, təkzibolunmaz ilkin mənbələr əsasında bu dövlətin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu sübuta yetirilir. "Monoqrafiyada İrəvan xanlığı əhalisinin etnik tərkibi ilkin mənbələr əsasında araşdırılıb və erməni müəlliflərinin xanlığın xristian əhalisi barədə uydurma fikirləri - əhalinin əksəriyyətinin guya ermənilərdən ibarət olması ideyası ifşa olunub", - o xatırladıb.

Tarixçi alim deyib ki, bundan əlavə İrəvan xanlığının sosial-iqtisadi həyatı, sərhədləri və inzibati bölgüsü, daxili idarəçilik sistemi təkzibedilməz dəlillərlə işıqlandırılıb. "Əsərdə İrəvan xanlığının XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi, böyük çətinliklə Rusiya imperiyası tərəfindən işğal edilməsi, ən əsası isə işğal olunmuş İrəvan xanlığının ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi şəkildə köçürülməsi geniş əksini tapıb", - Mahmudov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti