...

Azərbaycanda dövlət qulluqçularının sayının azaldılmasına ehtiyac yoxdur - BMT-nin Azərbaycan üzrə rezident-koordinatoru

Cəmiyyət Materials 15 Fevral 2010 11:55 (UTC +04:00)
"Azərbaycanda dövlət qulluğu baxımından hazırkı vəziyyətə digər dövlətlər qibtə edə bilər", - Trend News-un məlumatına görə, bunu, dövlət orqanlarının məsul vəzifəli şəxsləri üçün "İnsan resurslarının idarə edilməsi" mövzusunda təşkil edilən təlimdə BMT-nin Azərbaycan üzrə rezident-koordinatoru Bruno Poiezat deyib.
Azərbaycanda dövlət qulluqçularının sayının azaldılmasına ehtiyac yoxdur - BMT-nin Azərbaycan üzrə rezident-koordinatoru

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir K.Zərbalıyeva/

BMT-nin Azərbaycan üzrə rezident-koordinatoru hesab edir ki, Azərbaycanda dövlət qulluqçularının sayının azaldılmasına ehtiyac yoxdur.

"Azərbaycanda dövlət qulluğu baxımından hazırkı vəziyyətə digər dövlətlər qibtə edə bilər", - Trend -un məlumatına görə, bunu, dövlət orqanlarının məsul vəzifəli şəxsləri üçün "İnsan resurslarının idarə edilməsi" mövzusunda təşkil edilən təlimdə BMT-nin Azərbaycan üzrə rezident-koordinatoru Bruno Poiezat deyib.

O bildirib ki, dünyada idarəetmə sahəsində həyata keçirilən islahatlar dövlət qulluqçularının sayının azaldılmasına və dövlətin üzərinə düşən maliyyə yükünün azaldılmasına xidmət edir.

"Azərbaycanda bu baxımdan daha əlverişli şərait var", - rezident-koordinator vurğulayıb.

Poiezat bildirib ki, dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar elə aparılmalıdır ki, müvafiq və münasib iş mühiti yaradılsın, işçilər qarşılarında duran vəzifələrin həyata keçirilməsi üçün öz səylərini əsirgəməsinlər.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, təlim dövlət qulluqçularının istəyi ilə keçirilir.

Xəlilovun sözlərinə görə, komissiyanın BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə təşkil etdiyi təlim fevralın 19-dək davam edəcək. Təlimin birinci günü dövlət orqanlarının aparat rəhbərləri, sonrakı günlər isə kadr qurumlarının rəhbərləri və əməkdaşları üçün nəzərdə tutulub.

Komissiya sədri bildirib ki, yaxın gələcəkdə bir qrup dövlət qulluqçusunun Koreya İdarəçilik Akademiyasında kurslarda iştirak etməsi nəzərdə tutulub.

Xəlilov dövlət qulluqçuları arasında ingilis dilini səlis bilənlərin çox az olmasından gileylənib və qeyd edib ki, bu, dövlət qulluqçularının xarici ölkələrdə təcrübə keçməsində və kurslarda iştirak etməsində problem yaradır.

Təlimdə insan resurslarının idarə edilməsi üzrə beynəlxalq ekspert Rimantas Klepaçisun "Dövlət qulluğunda insan resurslarının idarə olunmasının xüsusiyyətləri və müasir tendensiyaları", "İnsan resurslarının idarə olunmasında planlaşdırma, kadrların seçilməsi, adaptasiya və fəaliyyətinin qiymətləndirilməsi", "Rəhbərlərin və liderlərin xüsusiyyətləri" və digər mövzularda mühazirələr oxuyacaq.

"İnsan resurslarının səmərəliliyinin artırılması: iş vaxtının idarə olunması", "İş bölgüsü: hədəflərin, məqsədlərin və tapşırıqların formalaşdırılması və tapşırılması" mövzularında müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti