...

Azərbaycanda dələduzluqda ittiham olunan zavod rəhbərinin apelyasiya şikayətinə baxılıb

Cəmiyyət Materials 15 Fevral 2010 15:42 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Qax rayonundakı Fındıq Emalı Zavodunun təsisçisi və sahibi Mircəlal Nəsrullayevin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü qüvvədə saxlanılıb.
Azərbaycanda dələduzluqda ittiham olunan zavod rəhbərinin apelyasiya şikayətinə baxılıb

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda dələduzluqda ittiham olunan zavod rəhbərinin apelyasiya şikayətinə baxılıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Qax rayonundakı Fındıq Emalı Zavodunun təsisçisi və sahibi Mircəlal Nəsrullayevin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü qüvvədə saxlanılıb.

Məhkəmənin hökmü ilə Nəsrullayev, əmlakı müsadirə olunmaqla, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Nəsrullayev 2007-ci ildə zavodun digər sahibi Novruz Hüseynovla birgə Fındıq Zavoduna investisiya qoymaq üçün bankdan 213 min manat kredit götürüb. Kredit müqabilində Hüseynovun Bakıda Nizami küçəsində yerləşən mənzili girov qoyulub. Nəsrullayev isə həmin pulu zavoda sərf etmək əvəzinə mənimsəyib.

Nəsrullayev Cinayət Məcəlləsinin dələduzluq etməklə külli miqdarda pul mənimsəmək (178.3.2) maddəsi ilə ittiham edilib.

Xəbər lenti

Xəbər lenti