...

Azərbaycan Ombudsman Aparatının əməkdaşları aclıq edən məhkumla görüşüb

Cəmiyyət Materials 20 Fevral 2010 12:58 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, Aparatın əməkdaşları 3 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Elxan Nəsrullayevin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin onun barəsində çıxardığı hökmə etiraz olaraq, doqquz gün aclıq aksiyası keçirdiyi müəyyən edilib.
Azərbaycan Ombudsman Aparatının əməkdaşları aclıq edən məhkumla görüşüb

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsman Aparatının əməkdaşları aclıq edən məhkumla görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend -a verilən məlumata görə, Aparatın əməkdaşları 3 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Elxan Nəsrullayevin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin onun barəsində çıxardığı hökmə etiraz olaraq, doqquz gün aclıq aksiyası keçirdiyi müəyyən edilib.

Səhhətinə zərər vurduğuna görə aclığı dayandırması və barəsində çıxarılmış məhkəmə hökmündən apelyasiya şikayətinin verilməsi məhkuma tövsiyə olunub.

Ombudsman Aparatının əməkdaşları müəssisədəki həkimlə görüşüb, mövcud qanunvericiliyə müvafiq olaraq, Nəsrullayevin səhhətinin diqqətdə saxlanılmasını tapşırıblar.

Xəbər lenti

Xəbər lenti